Xəbər verdiyimiz kimi, dünən müğənni Elnarə Xəlilovanın ad günü idi. SİA-nın verdiyi məlumata görə, sənətçi özünə təmtəraqlı doğum günü mərasimi keçirib. Məkanların birində baş tutan gecədə Elnarəni təbrik etmək üçün müğənnilərdən Natəvan Həbibi, Samira, "10LAR" verilişinin aparıcısı Afaq Gəncəli təşrif buyurub. Elnarə doğum gününü həyat yoldaşı Rövşən Cahangirovla həzin musiqi sədaları altında rəqs edərək açıq elan edib.
Daha sonra gecəyə gələn hər kəs səbəbkarı təbrik edərək ünvanına xoş sözlər ünvanlayıblar.
Nəzərinizə çatdıraq ki, ad günü mərasiminə qatılanlar xanım Xəlilovaya çiçək dəstələri, pul və bir sıra hədiyyələr veriblər.
Qeyd edək ki, müğənninin 33 yaşı tamam oldu.
Ad gününüz mübarək!





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB