Bu gün Elnarənin ad günüdür

Bu gün estrada müğənnisi Elnarə Xəlilovanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, sənətçi 33 yaşını qeyd edir.

Nəzərinizə çatdıraq ki, Elnarə 1980-ci ildə Bakıda anadan olub. 1987-cı ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin filalogiya fakültəsinə daxil olub və oranı qırmızı diplomla bitirib. Sonra təhsilini Milli Konservatoriyada davam etdirib. 2000-cı ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek vokalisti olub. Qrupdan ayrıldıqdan sonra 2003-cü ildə "SS Production" şirkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb. İlk mahnısı "Sənsizəm" olub. Həmin il "Qəm otağı" adlı ilk klipi işıq üzü görüb.

Qeyd edək ki, 2006-cı ildə ailə həyatı qurub və 3 övladı var.

Bizdə öz növbəmizdə Elnarəni ad günü münasibəti ilə təbrik edib, xoşbəxtlik arzu edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə