Namiq Qaraçuxurlu jurnalistləri başına yığdı

Namiq Qaraçuxurlu jurnalistləri başına yığdı

Meyxanaçı Namiq Qaraçuxurlu məkanların birində media mənsublarını başına toplayaraq baş rolunu ifa etdiyi "Toy gecəsi" serialı üçün mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, konfransda sözügedən filmin yaradıcı heyəti və jurnalistlər iştirak edib.

Daha sonra meyxanaçı filmdəki Murad obrazı barədə danışıb: "Ssenarini oxuyan kimi təklifi qəbul etdim. Obraz həm mənə bənzəyir, həm də yox. Bəzən suallarınızı Namiq kimi yox, Murad olaraq cavablandırıram. Aramızda oxşarlıq çoxdur. Amma elə cəhətlər var ki, onlar Namiqdə var, Muradda yoxdur və yaxud da əksinədir. Onu da deyim ki, "Toy gecəsi" serialı böyük marağa səbəb olacaq".

Nəzərinizə çatdıraq ki, quruluşcu rejissoru və baş prodüseri Yaşar Əhmədov olan "Toy gecəsi" serialı oktyabrın 2-də ATV telekanalında yayımlanacaq.

Qeyd edək ki, tədbir jurnalistlərin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə