Sənətçi kimə əsəbləşdi? FOTO

Azərbaycanlı sənətçi Sevda Rzayeva səhər saatlarında xoş olmayan mənzərə ilə üz-üzə qalıb. SİA-nın verdiyi xəbərə görə, müğənni təəccüblənib: "Səhər tezdən yuxudan qalxan kimi eyvana çıxdım və belə bir mənzərəylə qarşılaşdım. Eyvandan aşağı baxırdım və gördüm ki, asfaltın üzərinə ağ boyayla "Səni sevirəm" yazılıb. Çox təəccübləndim. Fikirləşdim ki, məhəbbətin gücünə bax! Kimsə öz sevdiyini sübut etmək üçün səhər sübhdən gəlib bu sözləri yazıb. Sonradan məlum oldu ki, bu sözləri mənə ünvanlayıblar. Amma heç də sevinmədim, əksinə əsəbiləşdim. Çünki o insana nifrət edirəm. Onu bilsin ki, təyyarə ilə göyün üzündə bu sözləri yazsa da, yenə nifrət edəcəyəm".

Qeyd edək ki, Sevda Rzayeva bir vaxtlar türkiyəli vətəndaşla ailə həyatı qurmuşdu. Hətta onun vətəni tərk etdiyi barədə xəbərlər də dolaşırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə