Türkiyənin məhşur komediya ustası Şahan Gökbakarı 2 il həbs cəzası gözləyir. SİA-nın verdiyi xəbərə görə, buna səbəb həmkarı Hüseyin Avni Danyal haqqında sosial şəbəkələrin birində "Orta yaşlı saxtakar", "Nə etdiyini bilməyən axmaq ruh" kimi yazdığı təhqiramiz sözlər olub.
Nəzərinizə çatdıraq ki, bir müddət bundan öncə Hüseyin Avni Danyal müsahibələrinin birində Şahan Gökbakarın "Receb İvedik" obrazını yaratmaqla heç bir mədəniyyətə uymayan film çəkdiyini söyləyib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB