Sevinc Musayeva həmkarlarına irad tutdu

Sevinc Musayeva həmkarlarına irad tutdu

Bu həftə ORadio.az-da Dj EnigmatiC-in təqdimatında yayımlanan "Ulduzlu saat" verilişinin qonağı ifaçı Sevinc Musayeva olub. Sevinc hər zaman təqdimata ehtiyyacı olduğunu deyib. Hətta xalqa artistlərinin də reklam olunmalarını məsləhət görüb. O, hər kəsə adı ilə müraciət etməyi xoşladığını söyləyib. Sevinc "Yeni ulduz" yarışmasından da söz açaraq həmin layihədə iştirak edən həmkarlarına irad bildirib. O, yarışmanın iştirakçılarından "Yeni ulduz" müsabiqəsindən tanındıqlarını unutmamaqlarını tələb edib.

Musayeva oktyabr ayının 9-da "Yalvarma" adlı mahnısının ekran işi görəcəyini də dilə gətirib.

Sevinc Musayeva və digər sənətçilər haqqında nələrisə bilmək istəyirsinizsə, həftənin 4-cü günü, saat 20:00-da ORadio.az-da Dj EnigmatiC-in təqdimatında yayımlanan "Ulduzlu saat" verilişinə qulaq asmağı unutmayın.

Qeyd edək ki, "Ulduzlu saat" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə