Əlikram Bayramov konsert verməyə hazırlaşır

Əlikram Bayramov konsert verməyə hazırlaşır

"Ulduzlu saat" verilişinin qonağı, müğənni Əlikram Bayramov olub. O, "Əsrin gözəli" adlı mahnısı ilə tanındığını söyləyib. Sənətçi 2014-cü ildə konsert keçirmək niyyətində olduğunu dilə gətirib. Hazırda Əlikram Moskvada konsert proqramı verməyə hazırlaşır.

Ə. Bayramovun sözlərinə görə, ona bu işdə dostları kömək edəcək. Müğənni prodüserlərdən də söz açaraq hazırda heç kimlə çalışmadığını dilə gətirib.

İfaçı Əlikram Bayramovun digər xəbərlərindən agah olmaq istəyirsinizsə, həftənin 6-cı günü, saat 20:00-da ORadio.az-da Dj EnigmatiC-in təqdimatında yayımlanan "Ulduzlu saat" verilişini izləməyi unutmayın.

Qeyd edək ki, "Ulduzlu saat" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə