Başı şəxsi biznesinə qarışan ifaçı Coşqun Viləş hələ ki, sənətindən uzaqlaşıb. Ancaq müğənni yaxın vaxtlarda yeni fotosesiyasını sevənlərinə təqdim edəcək. Bu haqda SİA-ya Coşqunun özü danışıb: "Hazırda sənətimdən uzaqlaşmışam. Buna səbəb başımın şəxsi işlərimə qarışmasıdır. Bu haqda geniş danışa bilməyəcəm. Çünki hər zaman istəmişəm ki, yeni işlərimlə gündəmdə qalım. Şəxsi həyatımın müzakirə obyektinə çevrilməyinin əleyhinəyəm. Onu da deyim ki, yaxın vaxtlarda yeni fotosesiyamı tamaşaçılara təqdim edəcəm".

Qeyd edək ki, nişanlı olan sənətçi yaxın zamanda evlənməyi də planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə