Bu gün bəstəkar, aparıcı Murad Arifin ad günüdür. SİA-nın verdiyi xəbərə görə, onu bu münasibətlə bütün dostları təbrik ediblər.
Nəzərinizə çatdıraq ki, Murad 27 sentyabr 1981-ci ildə Sumqayıtda anadan olub. İlk öncə Sumqayıt şəhər 15, sonra isə 28 saylı məktəbdə oxuyub. 2002-ci ildən ölkənin bir çox radio və televiziyalarında DJ və aparıcı kimi çalışıb. Murad Arif ad günündə 5 il sevdiyi Cəmilə Muxtarova ilə ailə həyatı qurub və oğlu var.
Qeyd edək ki, hazırda Murad Arif Lider TV-də yayımlanan "Solo" verilişinin aparıcısıdır.
Biz də öz növbəmizdə Muradın doğum gününü təbrik edir, xoşbəxtlik arzu edirik!




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB