Xəbər verdiyimiz kimi, uzun müddət ATV-də fəaliyyət göstərən, qalmaqallı "Canlı səs" verilişi ilə reytinqləri alt-üst edən Mirsalam Mirsalamov efirə qayıtmışdı. SİA-nın verdiyi xəbərə görə, o, Space tv-də 08:00-da "Hər səhər" adlı proqramı ilə 2 saat sevənləri ilə görüşürdü.
Qısa zamanda "Hər səhər" verilişinin aparıcısı olan Mirsalamı "Space"in prezidenti Vaqif Mustafayev işindən azad edib. Buna səbəb aparıcının telekanalda pavilyonun və texnikanın müasir standartlara cavab vermədiyini dəfələrlə Vaqif müəllimə deyərək gileylənməsi olub. Nəticədə, aparıcı işdən çıxarılıb.
Məsələ ilə bağlı teleaparıcı Mirsalam Mirsalamovla əlaqə saxladıq. Əməkdaşımızla danışmaq istəməyən Mirsalamov bunları dedi: "Telekanalın texniki vəziyyətinin müasir standartlara cavab vermədiyi üçün "Space" kanalı ilə əməkdaşlıqdan imtina etdim".
Qarşı tərəf "Space"in prezidenti Vaqif Mustafayevlə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı və zənglərimizə cavab verən tapılmadı.
Qeyd edək ki, hazırda Mirsalam "Meridian" istirahət mərkəzinin baş direktoru kimi fəaliyyət göstərir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB