Elnarə Abdullayeva konsert verəcək

Azərbaycanlı xanəndə Elnarə Abdullayevanın yaradıcılığında yenilik var. Elnarə yeni mahnılar yazdırır. SİA-ya açıqlama verən sənətçi hətta konsert verməyi də planlaşdırdığını deyib: "Yeni mahnılar üzərində çalışıram. Bəzi muğamlar var ki, onları yenidən ifa edirəm. Hətta 10 bəstəni təzədən aranjiman etdirmişəm. Onu da deyim ki, konsert verməyə hazırlaşıram. Hazırda konsert üçün hazırlıq işləri gedir".

Qeyd edək ki, xanəndənin İngiltərə və Fransaya səfərləri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə