Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat təşviqat kampaniyasında incəsənət nümayəndələri də iştirak edir. Rəqqasə Fatimə Fətəliyeva və rəqqas İlham Kərimli kampaniya çərçivəsində Fizuli rayonunda keçirilən tədbirlərdə iştirak ediblər. Bu barədə SİA-ya Fatimə özü məlumat verib: "Prezident Seçkiləri ərəfəsində Azərbaycanın bölgələrində keçirilən tədbirlərdə iştirak etdik. Bir neçə tədbirə də dəvət almışıq. Onu da deyim ki, sənət adamı kimi öz öhdəmə düşən işi hər zaman yerinə yetirməyə hazıram. Oktyabr ayının 2-də isə Sabirabadda baş tutan tədbirdə olacağıq".





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB