Bu gün Sumqayıtda "Şəhər günü" münasibəti ilə bayram tədbiri keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konserdə Rusiyanın Sankt-Peterburq şəhərinin "Barabançı qızlar"ın çıxışları, hərbçilərin keçidi, idmançıların, motosikletçilərin, həmçinin, qırıcı təyyarələrin möhtəşəm avia-şousu təqdim olunacaq.
Nəzərinizə çatdıraq ki, "Şəhər günü" bayram tədbirləri qədim Corat kəndindən başlayacaq və bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdiriləcək. Onu da deyək ki, tədbirdə xarici dövlətlər və Azərbaycanın bölgələrindən dəvət olunmuş çoxlu sayda qonaqlar və musiqi kollektivlərinin iştirakı da gözlənilir.
Qeyd edək ki, "Şəhər günü" bayramı axşam saatlarında məşhur türk müğənnisi Rafet El Romanın da çıxışı gözlənilir. Bayram konsertinin sonunda isə gələn qonaqlar üçün möhtəşəm atəşfəşanlıq nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB