Ayan nələr edəcək? FOTO

Estrada müğənnisi Ayan Babakişiyeva şəxsi həyatındakı problemlərə görə, yaradıcılıq işlərinə fasilə vermişdi. Sənətçi yenidən ilk müəllimi, bəstəkar Elçin İmanovla birgə işə başlayıb. Bu haqda SİA-ya açıqlama verən müğənni bunları deyib: "Zamanında Xanım İsmayılqızı, Aygün Bəylər, Kamal, Faiq Sücəddinov kimi dəyərli insanların mahnılarını səsləndirirdim. İndi isə Elçin İmanovun bəstələrinə müraciət edərək repertuarımda dəyişiklik edəcəm. Hazırda iki mahnı üzərində çalışıram. Bunlardan biri mütləq ekran həllini tapacaq".

Ayan bu həftənin beşinci günü böyük heyətlə Gəncəyə yola düşəcəyini də deyib: "Musiqisi Emin Sabitoğlu, sözləri Əhməd Cavada məxsus olan "Gəncə" mahnısını 25 nəfərlik heyətin birgə zəhməti sayəsində ekranlaşdıracağıq. Gözəl guşəmizin inkişafı, gözəllikləri bu klipdə lentə alınacaq. Səfərimiz 3 gün davam edəcək".

Qeyd edək ki, ifaçı parelel olaraq diskini də ərsəyə gətirərək sevənlərinə təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə