Bir müddət əvvəl Türkiyə və Azərbaycanın müştərək keçirdiyi "Tək star" müsabiqəsinin qalibi olan gənc müğənni Fariz İsmayılov aldanıb. Belə ki, müsabiqə bitən zaman ona tamaşaçı tərəfindən göndərilən 15 min manat efirdə elan olunsa da, sonradan qalibə təqdim edilməyib. SİA-nın verdiyi xəbərə görə, buna baxmayaraq Fariz Azər Şirinin sözlərinə yazılmış "Bu qəlbimdir" mahnısını repertuarına daxil edərək sənətini davam etdirib. Hətta onu da deyək ki, sözügedən ifaçının səsini Tarkana bənzədirlər: "Əslində, bu mənim öz dəsti-xəttimdir. Yəni Tarkanı yamsılamamışam. Səsimizdə oxşarlıq var. Hətta mənə Azərbaycanın Tarkanı da deyiblər. Amma mən vətənimin Fariz İsmayılovu olmaq istəyirəm. Tarkan qədər ətrafımda peşəkar heyət olsa, potensialımı yetərincə sərgiləyə bilərəm. Səsimdə yamsılama iddiasına gəlincə, yəqin ki dəyərli dinləyicilər belə bir şeyin olmadığını zamanla biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB