“O”nu sevgilisinə həsr etdi

Estrada müğənnisi Zamiq Hüseynov yeni işini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı "O" adlı mahnısını ekranlaşdırıb. Sənətçi klipdə bir neçə qızı başına toplayaraq sevdiyi xanıma mahnı həsr edir. "O" adlı klip Türkiyədə lentə alınıb.

Nəzərinizə çatdıraq ki, adıçəkilən mahnının musiqisi Zamiqin özünə, sözləri isə Samiyə aiddir.

Qeyd edək ki, "O" adlı ekran işi artıq YouTube video kanalında yerləşdirilərək tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə