Türkiyənin məhşur sənətçiləri Azərbaycana təşrif buyurublar. "Sərhədçi" Olimpiya İdman Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kikboksinq üzrə beynəlxalq turnir keçirilib. Turnirdə türkiyənin tanınmış sənətçiləri Mustafa Ceceli, Bengü, Tarık Menguç, Ahmet Selçuk konsert proqramı ilə çıxış ediblər. Mustafa Ceceli SİA-ya açıqlamasında bir vaxtlar kikboksinq idmanı ilə məşğul olduğunu deyib: "3 ilə yaxın kikboksinq idman növü ilə məşğul olmuşam. Eyni zamanda, bu idman növünü izləməyi də sevirəm. Hamıya məsləhət görərdim ki, bu idman növü ilə məşğul olsunlar. Həmçinin sağlamlığa müsbət təsiri var. İnşallah, 11 oktybarda Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcəm. Hamını bu konsertə dəvət edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB