Rəqqas İlham Kərimli məhşur kino ustası Çarli Çaplin obrazını canlandırıb. Rəqqas onun obrazını əks etdirən yeni rəqs nömrəsi ilə tamaşaçıların qarşısına çıxacaq. İ. Kərimli SİA-ya açıqlamasında rəqsə xoreoqraf Fərhad Vəliyevin quruluş verdiyini bildirib: "Fərhad müəllim bir rəqqas kimi məni fərqli janrlarda da görmək istəyirdi. Ç.Çaplin də öz möhürünü vurmuş insandır. Fərhad müəllim hər zaman bu rəqsin məndə uğurlu alınacağına əmin olub. Özümə də bu obraz hər zaman maraqlı idi. Rəqs estrada janrına daha yaxındır və içərisində step hərəkətlərdən də istifadə edilib. Fərhad müəllim rəqqas kimi üslubumu, janrımı dəyişməyi təklif etdi və söylədi ki, estrada janrında rəqsləri də bacararam".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB