Elnur Naxçıvana getdi

Müğənni Elnur Məmmədov yeni klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, Elnur "O Naxçıvandır" bəstəsini lentə aldırıb. Sözügedən mahnını Rahid Abbasov ekranlaşdırıb. Klip Naxçıvanda rəqqasların iştirakı ilə çəkilib.

"O Naxçıvandır" klipində mahnının ilk ifaçısı xalq artisti Abdulla Babayev və aparıcı Nərgiz Cəlilova da rol alıb.

Qeyd edək ki, mahnının sözləri Əliheydər Qəmbərova, musiqisi isə Vahid Axundova aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə