Mahir klarnet ustası Hüseyn Məmmədoğlu özünə yeni klip çəkdirir. O, klip çəkilişlərini sənət dostu rejissor Nail Naiboğluna həvalə edib. Bu haqda SİA-ya açıqlama verən rejissor hazırda çəkiliş işlərinin getdiyini söyləyib: "Hüseyn mənə zəng edərək klip çəkdirmək istədiyini söylədi. Mən də onun bu təklifini böyük məmnuniyyətlə qəbul etdim. Ekran işində sujet xətti olacaq. Ancaq hansı musiqini lentə aldığımızı hələ ki, deməyəcəm. İnşallah, yaxın vaxtlarda klipi tamaşaçıların ixtiyarına verəcəyik".




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB