Dünyada ən yüksək məvacibli ulduz cütlüklər

Dünyada ən yüksək məvacibli ulduz cütlüklər

"Forbes"in versiyasına görə, amerikalı musiqiçilər Jay Z və Beyonse son ilin "Ən yüksək məvacibli ulduz cütlüyü" hesab ediliblər.

Onlar 2012-ci ilin iyunundan 2013-cü ilin iyununadək təxminən 95 milyon dollar qazanıblar.

Jay Z-nin "Watch the Throne" adlı sonuncu albomu çox qısa vaxtda "platin" statusu alıb. Bir gecədə diskin 1,4 milyon nüsxəsi satılıb.

Beyonse hamilə olduğuna görə qısa müddətə şou-biznes aləmindən ayrılmışdı. Hazırda müğənni yeni dünya turuna hazırlaşır.

Jay Z təkcə musiqiçi kimi deyil, həm də uğur qazanan biznesmen kimi tanınır. Nyu-Yorkdakı "Barclays Center"in bir hissəsi ona məxsusdur. "Brooklyn Nets" basketbol komandası bu arenada oynayır.

İkinci yeri model Jizel Byundhen və onun əri – idmançı Tom Bredi tuturlar. Onlar birlikdə 80 milyon dollar qazanıblar. Jizel Byundhen hazırda dünyanın ən yüksək məvacibli modelidir. Qonorarlardan əlavə, cütlük "Qrenden" şirkətinin reklamında iştiraka görə böyük məbləğdə gəlir əldə edib.

Məşhur Hollivud ulduzları Bred Pit və Ancelina Coli üçüncü yerdədirlər: onların ümumi büdcəsi "cəmi" 50 milyon artıb. Onların gəlirlərinin çox hissəsini filmlərə görə qonorarlar təşkil edir.

Bred Pit eyni zamanda "Şanel №5" ətirlərinin reklamından təxminən yeddi milyon dollar qazanıb.

Ancelina Coli böyük kinoya qayıdır: gələn ilin yayında onun çəkildiyi böyük büdcəli "Maleficent" filmi ekranlara çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə