İbrahim Tatlısesdən onu güllələyənə sərt mesaj!

İbrahim Tatlısesdən onu güllələyənə sərt mesaj!

Türkiyənin "İmperatoru" İbrahim Tatlıses qalmaqallı açıqlama verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi şəxsi "Twitter" səhifəsindən əsəbi formada çıxış edərək bu sözləri yazıb: "Fərhad.G sən nankor, şəxsiyyətsiz və qabilliyətsiz adamsan. Məni silahla vuranlar haqqında uzun müddətdir araşdırma aparırdım. Sonunda nəticə olaraq sənin adın çıxıb. Yaxşı yadına sal, bir axşam mənim iştirak etdiyim məclisdə içkili vəziyyətdə oranın işçilərini təhqir etdin. Mənə görə onlar sənə heç nə etmədilər. Sən isə işçilərə məni göstərərək belə demişdin: "Narahat olmayın onun da ömrünə az qalıb" və nəticə olaraq 1 aydan sonra başıma sözügedən bədbəxt hadisə gəldi".

Daha sonra Tatlıses bütün medianı silkələyən digər xəbəri də sosial şəbəkədə paylaşıb. Belə ki, "İmperator" ətrafında işləyən meneceri Eyüp Kanat və mətbuat katibi Emre Ergeni vəzifəsindən uzaqlaşdırıb.

Qeyd edək ki, İbrahim Tatlıses 14 mart 2011-ci ildə verilişdən çıxarkən silahlı hücuma məruz qalmışdı və ağır yaralanaraq uzun müddət müalicə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə