Tanınmış simalar Prezident İlham Əliyevi dəstəklədilər SORĞU-FOTO
Bildiyiniz kimi 9 oktyabrda Azərbaycanda Prezident Seçkiləri keçiriləcək. Tanınmış simalar Prezident İlham Əliyevi növbəti dəfə dəstəkləyəcəklərini söyləyiblər:
Xalq artisti Amaliya Pənahova: "Qarşıdan prezident seçkiləri gəlir. Buna görə də hər kəsi Cənab İlham Əliyevə səs verməyə çağırıram".

Xalq artisti İlhamə Quliyeva: "Azərbaycan xalqını Prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə dəvət edirəm. Əminəm ki, xalqımız düzgün seçimini edib, İlham Əliyevi yenidən ölkə başçısı edəcək".

Əməkdar artist Firuzə İbadova: "Hər kəs bir olub, Prezident İlham Əliyevə səs verməlidir. Çünki biz onun sayəsində sakit və rahat ölkədə yaşayırıq. Onu da deyim ki, Ulu Öndər Heydər Əliyevin də zəhmətini unutmamalıyıq. Azərbaycan xalqının sağlam həyat yaşamağında Ümummilli Lider Heydər Əliyevin əməyi böyükdür".
Muğam teatrının direktoru, rejissor Arif Qazıyev: "Cənab Prezident İlham Əliyevi 3-cü dəfə seçərək yenidən prezident edəcəyik. Ömrümüzün sonuna kimi ona səs verəcəyik".

Müğənni Xumar Qədimova: "Qarşıdan prezident seçkiləri gəlir. Biz bir prezidenti dəstəkləyirik. O da İlham Əliyevdir. Mən əminəm ki, gələcəyini, rifah halını düşünən hər bir vətəndaş cənab Prezidentimiz İlham Əliyevə səs verəcək".

Müğənni Günay İbrahimli: "Əlbəttə, səsimi cənab Prezident İlham Əliyevə verəcəm. Çünki Azərbaycan dövlətinə başçılıq edə biləcək başqa bir namizəd tanımıram. Bu xalqın parlaq gələcəyi Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı olan İlham Əliyevin əlindədir".

Müğənni Əbdül Xalid: "Hazırki Prezidentimiz cənab İlham Əliyevə səs verəcəm. Tam səmimi olaraq söyləyirəm ki, prezidentimizin uğurlu siyasətini dəstəkləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB