"ATV maqazin" verilişinin və jurnalının redaktoru Günay Firudinqızı bir çox kanallarda teleaparıcı qismində işləmək təklifi alıb. Lakin Günay onların dəvətini qəbul etməyib. Bu haqda SİA-ya danışan teleaparıcı səbəbini açıqlayıb: "Bir çox kanallar mənə iş təklifi etdilər. Lakin qəbul etmədim. Çünki mənim üçün ən yaxşısı ATV kanalıdır. Burada çox rahatam və sözügedən kanal mənim üçün çox doğmadır. Onu da deyim ki, tezliklə yeni layihələr ərsəyə gətirəcəm. Bir məsələni də diqqətinizə çatdırım ki, "ATV maqazin" verilişində bir çox dəyişikliklər olacaq".
Foto müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB