Arif Qazıyev “Can-cana” mahnısını oxuyanları biyabır etdi

Arif Qazıyev “Can-cana” mahnısını oxuyanları biyabır etdi

Muğam teatrının direktoru, rejissor Arif Qazıyev gənc ifaçılardan söz açıb. O, sənətə yeni addımlayan müğənnilərə "bəstəkar"lardan uzaq gəzməyi məsləhət görüb. Bu haqda SİA-ya açıqlama verən Arif müəllim "Can-cana" mahnısını ifa edənləri də "yıxıb-sürüyüb": "Azərbaycanda cavan ifaçılar çoxluq təşkil edir, amma heç birini tərifləyə bilməyəcəm. Çünki onlar hələ gəncdirlər. Odur ki, sənətə yeni addımlarını atan ifaçıları qoruyub, ara mahnılardan uzaq tutmaq lazımdır. Xüsusilə vurğulayım ki, gənclər yüngül bəstəkarlardan nə qədər uzaq dursalar, bir o qədər yaxşıdır. Cavan sənətçilərimiz Cahangir Cahangirovun, Rauf Hacıyevin, Tofiq Quliyevin bəstələrinə müraciət etsinlər. "Can-cana" kimi mahnılar ifa edib, özlərini biyabır etməsinlər. Bir şeyi də nəzərinizə çatdırım ki, bizim musiqimiz geniş, janrlarımız zəngindir".

Bütün xəbərlər Facebook səhifəmizdə