Günay İbrahimli jurnalistlərə nələri təqdim edəcək?

Günay İbrahimli jurnalistlərə nələri təqdim edəcək?

Estradanın sevilən və seçilən sənətçisi Günay İbrahimli yeniliklərindən danışıb. O, yaxın vaxtlarda yeni mahnısının və albomunun işıq üzü görəcəyini söyləyib. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Musiqisi Pərviz Mahmudovun, sözləri Leyli İsrafilovaya məxsus olan "Ola bilərdin" bəstəm ərsəyə gələcək. Onu da deyim ki, bildiyiniz kimi hələ də albomum yoxdur. Odur ki, hazırda Türkiyədə sözügedən diskim üzərində hazırlıq işləri gedir. Eyni zamanda da saytımda olacaq. Albomumla saytımı tezliklə jurnalistlərə təqdim edəcəm".

Foto müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə