Uzun müddət ATV-də fəaliyyət göstərən, qalmaqallı "Canlı səs" verilişi ilə reytinqləri alt-üst edən Mirsalam Mirsalamov efirə qayıdır. SİA-nın verdiyi xəbərə görə, o, tamaşaçılarını hər səhər Space tv-nin efirindən salamlayacaq. Hər gün saat 08:00-da Mirsalam "Hər səhər" adlı proqramı ilə 2 saat sevənləri ilə görüşəcək. Veriliş ərzində müxtəlif qonaqlarla yanaşı, tamaşaçılarla canlı bağlantılar, kliplərin interaktiv nümayişi, həkim məsləhətləri və maraqlı mövzuların müzakirəsi hər kəsi pozitiv ovqata kökləyəcək. İlk efir günü sentyabr ayının 23-də olacaq. Bu haqda aparıcının özü də danışıb: "Mən tv-yə işçi kimi qayıtmıram. Sadəcə, artıq həyatımın böyük bir hissəsinə çevrilmiş televiziya sevgimi 2 saatlıq vaxt ərzində tamaşaçılarımla bölüşəcəyəm və öz restoran biznesimdən ayrılmayacağam".
Qeyd edək ki, hazırda Mirsalam "Meridian" istirahət mərkəzinin baş direktoru kimi fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB