Hər kəsin böyük maraqla gözlədiyi "Bozbash Pictures" serialı bu həftədən etibarən efirdə olacaq. SİA-ya bu haqda açıqlama verən teleaparıcı və aktyor İlkin Həsəni tamaşaçıları əmin edib ki, sözügedən serial Azərbaycanda böyük auditoriya toplamağı bacaracaq: "Bozbash Pictures"in yeni mövsümü başlayır. Serial köhnə ənənəyə sadiq qalaraq, hər şənbə "ATV Maqazin" verilişindən sonra yayımlanacaq. Əmin edirik ki, bu serial sizə xoş və gülüş dolu anlar yaşadacaq".
Nəzərinizə çatdıraq ki, serialda İlkin Həsəni, Ramil Babayev, Nicat Rəhimov, Azər Baxşəliyev, Elşən Orucov və başqaları iştirak ediblər.
Qeyd edək ki, "Bozbash Pictures" serialı 21 sentyabr saat 23:00-da ATV telekanalında yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB