"ATV Maqazin" jurnalının 8 yaşı tamam olub. SİA-nın verdiyi xəbərə görə, bu münasibətlə jurnalın redaktoru Günay Firudinqızı şou-biznes nümayəndələrini və jurnalistləri başına toplayaraq vur-çatlasın edib.
Günayı tək qoymayan tanınmış simalar arasında "Muğam" teatrının direktoru, rejissor Arif Qazıyev, bəstəkar Faiq Sucəddinov, əməkdar artisti Ədalət Şükürov, müğənnilər Xumar Qədimova, Əbdül Xalid, Günay İbrahimli, Vasif Məhərəmli, meyxanaçı Namiq Qaraçuxurlu, media nümayəndələri və başqaları iştirak edib.
Tədbir Əbdül Xalidin ifası ilə açılıb. Sözügedən ifaçıdan sonra mərasim Ədalət Şükürovun, Xumar Qədimovanın, Günay İbrahimlinin və Vasif Məhərrəmlinin mahnıları ilə davam edib.
Qeyd edək ki, gecə qonaqların rəqsləri ilə bitib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB