Estrada müğənnisi Zamiq Hüseynovun "Yaşıl Teatr"da "Bu şəhəri çox sevirəm" adlı konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, ifaçı musiqilərini rəqqasə qızların əhatəsində səsləndirib.
Gecədə maraqlı anlar yaşanıb. Şoumen və aparıcı Murad Dadaşov ad günü münasibətilə müğənniyə böyük tort bağışlayıb. Digər yadda qalan an isə aparıcı Rüfət Ağayevin Zamiqin mahnısını karaoke şəklində oxuması olub.
Daha sonra Zamiq yeni klipini, albomunu və karaoke SD də konsertində tamaşaçılarına təqdim edib.
Sənətçi eyni səhnəni Röya ilə bölüşüb. Onlar "Sevəcəyəm" adlı mahnını duet formasında səsləndiriblər.
Qeyd edək ki, Zamiqi izləməyə gələn şou-biznes nümayəndələri arasında xalq artisti İlhamə Quliyeva, əməkdar artist Teymur Əmrah, müğənnilərdən Röya, Eldar Qasımov, Günay İbrahimli, Ruhi, aparıcı Nərgiz Cəlilova, şoumen və aparıcı Murad Dadaşov, modelyer Fəxriyyə Xələfova və başqaları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB