Müğənni Nadir Qafarzadədən yeni xəbər var. SİA-nın məlumatına görə, ifaçı qədim türk "Nasıl geçti habersiz" mahnısını yeni aranjemanda yazdıraraq repertuarına daxil edib. Kompozisiyaya yeni nəfəs qatan ifaçı mahnını artıq bu gündən Youtube istifadəçilərin ixtiyarına verib. Bu mahnının radio dalğalarında da eşidiləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, "Nasıl geçti habersiz" adlı qədim Türk mahnısını Türkiyənin bir çox tanınmış sənətçilərinin Belkis Özener, Emel Sayın, Zeki Müren, Muazzez Ersoy, Hakan Pekər və başqaları ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB