Xumar Qədimovadan yenilik var

Özünəməxsus xüsusiyyətləri ilə seçilən müğənni Xumar Qədimova yeni mahnısından danışıb. SİA-ya açıqlama verən sənətçi yaxın vaxtlarda möhtəşəm layihə təqdim edəcəyini söyləyib: "Bildiyiniz kimi, yaxın ərəfələrdə bir neçə mahnım işıq üzü gördü. Ancaq yenə də yeni bəstələr üzərində çalşıram. Yaxın vaxtlarda "Torpaq harayı" adlanan bəstəni sizlərə təqdim edəcəm. Mahnının sözləri Sona Vəliyevaya, musiqisi isə özümə aiddir. Ümid edirəm ki, bu möhtəşəm layihəmi hər kəs bəyənəcək".

Qeyd edək ki, Xumar Qədimovanın yeni "Dustaq birdə sevər oldu" və "Gecələr" mahnıları işıq üzü görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə