Teleaparıcı 8 yaşlı “ATV Maqazin” jurnalı haqqında nələr danışdı?

"ATV Maqazin" verilişinin redaktoru, telaparıcı Günay Firudinqızı rəhbərlik etdiyi "ATV Maqazin" jurnalından söz açıb. Bu haqda SİA-ya Günayın özü məlumat verib: " "ATV Maqazin" verilişinə redaktorluq etməklə yanaşı, sözügedən jurnalda çalışmaq təklifi aldım. "ATV Maqazin" jurnalında iştirak etmək mənim üçün yeni səhifə oldu. İlk öncə fikirləşdim ki, televiziya və jurnal bir-birindən fərqlənir. Çünki jurnalda gördüyün və eşitdiyin hadisəni dolğun şəkildə yazmalısan ki, oxucular anlaya bilsinlər. Bu da məsuliyyətli işdir. Amma mənə təklif gələndə, heç nədən çəkinmədən böyük məmnuniyyətlə qəbul etdim. İnanıram ki, komandamızla uğurlu iş ortaya qoya bildik və bir çoxları bəyəndi".

Bütün xəbərlər Facebook səhifəmizdə