Müğənni İlahə İbadova yeni mahnı yazdırıb. SİA-nın verdiyi xəbərə görə, bəstə "Əli" adlanır. Xanım İbadova sözügedən mahnını prodüsser Səbuhi Arifin qardaşı oğluna həsr edib. Adıçəkilən bəstənin sözləri və musiqisi Arzu Yahyayevaya məxsusdur.
Kompozisiya maraqlı iş prosesində hazırlanıb. Bu prosesdə balaca Əlinin özü də iştirak edib və İlahə xanıma böyük stimul verib. Onların birgə səmimiyyəti fotolentə köçürülüb. Bir uşaq anası olan İlahə xanım mahnını məhəbbətlə oxuduğunu deyir.
Qeyd edək ki, mahnının aranjimanı Rabil Səfərliyə məxsusdur. Skripka ifaçısı İsmayıl Ağayev, səs rejissoru Hatəm Nəbioğludur.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB