Bu gün xalq artisti Səməd Səmədovun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, sənətçinin 67 yaşı tamam olur. Xalq artisti ad gününü ailəsi ilə birgə qeyd edəcək.
Nəzərinizə çatdıraq ki, Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub. O, 1988-ci ildən el şənliklərinə qatılıb.
Qeyd edək ki, müğənni 12 sentyabr 2011-ci ildə xalq artisti fəxri adına layiq görülüb.
Bizdə öz növbəmizdə xalq artisti Səməd Səmədovu doğum günü münasibəti ilə təbrik edib, can sağlığı arzu edirik. Ad gününüz mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB