Azərbaycanda gənc rejissorların yaradıcı işləri ilə bağlı müsabiqəyə start verilib. Bu barədə SİA-ya layihənin mətbuat katibi Fuad Mədətov məlumat verib. O bildirib ki, "AE group production"nın təşkilatçılığı ilə "Müasir Bakı" mövzusunda keçirilən müsabiqənin əsas məqsədi gənclərə öz ssenariləri əsasında film çəkməkdir: "Müsabiqədə iştirak edən şəxslərin ssenariləri ölkənin sayılıb-seçilən kino xadimlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyəti sırasında Azərbaycanın xalq artisti, kinorejissor Yalçın Əfəndiyev (münsiflər heyətinin sədri), rejissor Elxan Cəfərov, kinooperator Nadir Mehdiyev, jurnalist Nazilə Babayeva və rep ifaçısı Anar Nağılbaz olacaq. Müsabiqədə qalib gələn 3 nəfərin ssenarisinin ekranlaşdırılmasının bütün xərclərini ödəməyi təşkilatçı şirkət öz öhdəsinə götürüb. Müsabiqənin təşkilat komitəsinin rəhbəri "AE group production" rəhbəri Emil Ağayevdir".
"Müasir Bakı" müsabiqəsinin şərtləri, öhdəlikləri və qaydalarıyla bağlı məlumatlar aşağıda qeyd olunub:
1. Məqsəd: Müsabiqənin keçirilməsinin əsas məqsədi müasirləşən Bakını gənc rejissorların gözü ilə göstərmək və daha da ətraflı nümayiş etdirməkdir.
2. İştirak şərtləri: Müsabiqədə 25 yaşa qədər gənclər iştirak edə bilər. Hər bir iştirakçı çəkmək istədiyi filmin ssenarisini təşkilat komitəsinə təqdim etməlidir.
3. Münsiflər heyəti: Münsiflər heyəti təşkilat komitəsi tərəfindən təyin olunur. Heyətin tərkibi biri rəhbər olmaq şərtilə beş nəfərdən ibarətdir. Heyət təqdim olunan ssenariləri oxunulur və beşi seçilərək final mərhələsində bəlli olur.
4. Final mərhələsi: Müsabiqənin final mərhələsi konsert salonlarından birində tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli şəkildə keçiriləcək. Mərasimdə qaliblər məlum olacaq.
5. Mükafatlandırma: Münsiflər heyəti tərəfindən seçilən beş nəfər qalib müsabiqənin təşkilat komitəsi tərəfindən müsabiqənin şərtləri əsasında film çəkmək hüququ əldə edirlər.
Qeyd edək ki, müsabiqəyə qatılmaq üçün sənədlər 20 sentyabr tarixindən, 10 oktyabr tarixinədək davam edir. Qeydiyyat pulsuzdur.
Ətraflı məlumat üçün: (+994 012) 596 33 75; (+994 55) 252 59 51; (+994 55) 252 59 53.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB