Günel Məhərrəmova “And içdi”

Estrada müğənnisi Günel Məhərrəmova yeni mahnısını təqdim edib. Bəstə "And içəlim" adlanır. Bu baradə SİA-ya Günelin meneceri məlumat verib: "Sənətçi "And içəlim" mahnısına tezliklə klip çəkdirəcək. Ekran işi isə Anar Hüseynova həvalə olunub".

Qeyd edək ki, "And içəlim" bəstəsinin musiqisi müğənni Nurlan Təhməzliyə, sözləri Altay Yaşara məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə