Tanınmış azərbaycanlı milyarder Telman İsmayılov etdiyi hərəkətlə hamını təəccübləndirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, biznesmen, həyat yoldaşı Samirənin doğum gününü sahib olduğu "Mardan Palace"də qeyd etmək üçün bir çox məhşur simaları çağırıb. Onlar arasında "Super star" Ajda Pekkan da olub. T. İsmayılov Ajdanın canlı ifası üçün 150 min manat pul ödəyib. Əvvəlcə hər şey qaydasında gedib. Lakin "Super star"ın 10-cu mahnısı yarıda kəsilib. Olanlardan qəzəblənən Telman İsmayılov isə əyləşdiyi masadan qalxaraq ifaçıya bu sözləri söyləyib: "Budur "Super star", budur Ajda Pekkan? Bu qadını səhnədən endirin".
Bu hörmətsizlik qarşısında nə edəcəyini bilməyən Ajda Pekkanı köməkçisi səhnədən endirib.
Qeyd edək ki, Ajda Pekkan otağından əşyalarını yığaraq oteldən tez bir zamanda uzaqlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB