"Gün keçir" verilişinin aparıcısı Nanə Ağamalıyeva şəxsi həyatı barədə maraqlı açıqlama verib. SİA-nın verdiyi xəbərə görə, teleaparıcı gəlinlik libası geyinərək şəkil çəkdirib və sosial şəbəkədə paylaşıb. Həmin fotonun altına isə bu sözləri qeyd edib: "Nəhayət ki, o gün gəlib çatdı. Həyatımın ən özəl günlərindən biridir. Allah hər bir qıza gəlinlik geyinməyi nəsib etsin.
Zamiq Hüseynov və mən, yəqin ki, sizləri çox sevindirəcəyik. Çox gözəl gəlinliyim var. Bu gün saat 14:20-də "Gün keçir" proqramında ilk dəfə olaraq canlı yayımda özəl günümü tamaşaçılarla paylaşacam".
Qeyd edək ki, uzun zamandır dostluq edən Nanə və Zamiqin nişanlaması haqda xəbər yayılmışdı. Lakin Zamiq sözügedən məlumatı təkzib edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB