Bu gün "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun himninin klip təqdimatı olub. SİA-nın verdiyi xəbərə görə, konfransda əməkdar artist Tünzalə Ağayeva, rejissor Ülviyyə Könül, media nümayəndələri və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan əməkdar artist Tünzalə Ağayeva klipdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib: "Mənim Prezidentim" adlı klipi çəkmək məsuliyyətli işdir. Bu işdə mənə dəstək olan rejissor Ülviyyə Könülə və gənclərə minnətdarlığımı bildirirəm. Klip çəkilişi zamanı maraqlı anlar yaşadım. Klipdəki geyimimdə isə modelyer Gülnarə Xəlilovanın əməyi böyükdür".
Daha sonra təqdimat mərasimində söz alan rejissor Ülviyyə Könül əməkdar artist Tünzalə Ağayevanı bəstəkar kimi çox bəyəndiyini söyləyib: "Tünzalə xanıma bəstəkar kimi pərəstişkarlıq edirəm. Onunla işləyən zaman böyük zövq aldım".
Nəzərinizə çatdıraq ki, "Mənim Prezidentim" adlı mahnının sözləri ismayıl Dadaşovun, musiqisi isə Tünzalə Ağayevanın özünə məxsusdur. Klip çəkilişləri 1000 nəfərdən çox gəncin iştirakı ilə İçərişəhərdə baş tutub.
Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu son 10 il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaq məqsədi ilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB