Oksana “Ey moryak” mahnısına klip çəkdirdi

Oksana “Ey moryak” mahnısına klip çəkdirdi

Rəqqasə Oksana Rəsulovanın daha bir qabiliyyəti ortaya çıxıb. SİA-nın verdiyi xəbərə görə, rəqqasə indi də mahnı oxuyur. Belə ki, Oksana "Ey moryak" adlı mahnısına klip çəkdirib.

Nəzərinizə çatdıraq ki, klip Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiyinin 155 illiyinə həsr olunub. Rəqqassə ifası ilə bağlı sosial şəbəkədə bu sözləri yazıb: "Xəzər dənizçilərinin 155 illiyinə həsr olunmuş bu layihə artıq hazırdır. "Ey moryak" mahnısını mən ifa etmişəm. Müğənniliyə keçməmişəm, sadəcə bir proyektdir. Bəstəmi bəyəndikləri üçün sifariş etdilər, mən də razılaşdım. Məncə super alınıb".

Qeyd edək ki, "Ey moryak" adlı mahnısına klipi Oksananın qardaşı Ata Rəsulov çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə