Rəqqasə Fatimə Fətəliyeva Nadir Qafarzadənin "Yaşıl Teatr" dakı konsertində təqdim etdiyi "Maral" rəqsindən söz açıb. Rəqqasə SİA-ya bildirib ki, rəqsin hazırlanmasında İlham Kərimlinin böyük zəhməti olub: "Hazırda el şənliklərində müğənnilər "Maral" mahnısını oxuyur. Amma bu bəstəni Nadir kimi ifa edən yoxdur. Ona qalmaqalları ilə gündəmdə qalan müğənni deyirlər. Amma onu tənqid edənlər yanılırlar. Nadir "Maral"la partayış etdi. Çünki bu günə qədər Youtube-da heç bir Azərbaycanlı ifaçının mahnısı qısa bir müddətə 4 mindən artıq baxış sayını yığa bilməyib. Bu da Nadirin uğurudur. Buna sevinmək lazımdır. Amma bir çoxları "Maral" mahnısını tənqid etməklə məşğul olur. Onu da deyim ki, hər zaman şou-biznesdə qabağa gedənlərin ayağından çəkib, baltalamağa çalışırlar. Bu hal hər zaman mənə pis təsir edib. Bir-birimizə dəstək olmalıyıq. Nadir Qafarzadəyə sənət uğurları arzulayıram. O, mənim dostumdur. Ən əsası isə yaxşı insandır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB