Estrada ifaçısı Nadir Qafarzadənin "Yaşıl Teatr"da "Sən mələksən" adlı solo konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək Zaur Nəbioğluna həvalə olunub. Nadir Qafarzadə səhnəyə çıxaraq hər kəsi salamlayıb və hit mahnılarını səsləndirib.
Sonra Nadir yeni və qalmaqallı dueti olan həmkarı Ayanla "Sənin üçün" mahnısını səsləndirib.
Müğənni konsertinin sonunda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş mahnı ifa edib. İfaçının "Azərbaycan" mahnısını tamaşaçılar ayaqüstə alqışlayıblar.
Qeyd edək ki, konsertin təşkilatçısı Nahid Emiloğlu idi.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB