Teleaparıcı dostları ilə vidalaşdı

Teleaparıcı dostları ilə vidalaşdı

İnsanlar həyatında real ünsiyyətdən çox virtual dostluğa üstünlük verirlər. Elə buna görə də sosial şəbəkələrdən istifadə edərək hər kəslə əlaqə saxlamağa çalışırlar. Sadə insanlarla yanaşı, şou-biznes nümayəndələri də bu yola əl atır.

Şou-biznesdə "Facebook" un aktiv istifadəçilərindən olan Günay Firudinqızı uzun zamandır sosial şəbəkədə olmasına baxmayaraq, bu gündən etibarən şəxsi "Facebook" səhifəsini donduracaq: "Dostlar, bu gündən etibarən "Facebook"dakı fəaliyyətimi dondururam. Hamınızı çox istəyirəm. Tanrı hər birinizin üstündə olsun".

Qeyd edək ki, şou-biznesdə sosial şəbəkələrin aktiv istifadəçiləri arasında müğənnilərdən Kərim Abbasov, Coşqun Viləş, Günay İbrahimli, Fəqan Səfərov, Roza Zərgərli, rəqqasə Oksana, rejissorlardan Kənan MM, Nail Naiboğlu, teleaparıcılardan İlkin Həsəni, Cavid Gül, Səxavət Nur, Şəhriyar Əbilov, aktyorlardan Fərda Xudaverdiyev, Nicat Rəhimov, prodüsserlərdən Təranə Səmədova və başqaların adlarını çəkmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə