Stilist eyni anda ekranlarda olacaq

Ölkənin bir nömrəli stilisti Samiraldonu (Samir Əliyev) sentyabr ayının 15-dən etibarən seriallarda görəcəksiniz. SİA-nın verdiyi xəbərə görə, Samiraldo ATV kanalında "Həyat çiçəyi", Ans-də isə "Fatma" adlı seriallara çəkilib. Sözügedən seriallar eyni vaxta ekranlara gələcək.

Məsələ haqda stilistin özü ilə əlaqə saxladıq. Samiroldo əməkdaşımıza bunları dedi: "Bir neçə gündən sonra surprizlər olacaq. Odur ki, seriallar haqqında danışmaq istəmirəm və məni sevənləri intizarda saxlayıram".

Qeyd edək ki, stilist Samiroldo Ans telekanalı ilə heç bir seriala çəkilməməyi haqda müqavilə imzalayıb. Stilistin digər kanalın təklifini qəbul etməsinin səbəbi bir neçə gündən sonra bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə