İki məhşur sənətçi duet oxuyacaq

Xalq artisti Aygün Kazımova hazırda Türkiyədədir. SİA-nın verdiyi xəbərə görə, xanım Kazımova sentyabr ayının 15-də vətənə qayıdacaq. Müğənni qardaş ölkənin sənətçisi Sinan Akçılla birgə paytaxta geri dönəcək. Aygün xanımla Sinanın Bakıya gəlməsinə səbəb yenidən birgə duet oxumaqlarıdır.

Qeyd edək ki, hər iki məhşur Bakıda bir neçə verilişdə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə