“Crazy Eyes” hara hazırlaşır?

Azərbaycan Müasir və Sosial rəqslər Assosiasiyasının təşkilatçılığı ilə ilk dəfə "İnternational Silk Way Cup 2013" yarışması keçirilib. SİA-nın verdiyi xəbərə görə, yarışma Beynəlxalq Rəqs Federasiyasının dəstəyi ilə 6 Belly Dance (oriental rəqslər) Avropa çempionatı çərçivəsində "hip hop" və "rəqs şousu" üzrə təşkil olunub. "Silk Way Cup 2013" yəni "İpək yolu" yarışmasında iştirakçılar 3 kateqoriyada solo, duet və qrup şəklində bacarıqlarını nümayiş etdiriblər. Yarışmadakı çıxışlar Beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, hazırda "Crazy Eyes" qrupu oktyabr ayında Danimarkada keçiriləcək Dünya çempionatına hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə