2013-cü ilin avqust ayından etibarən "Lider Tv və Radio-Azərbaycan" ın sifarişi ilə "Promix Production" nın istehsalı olan "Qanun naminə" çoxseriyalı televiziya filminin çəkilişlərinə start verilib. SİA-nın verdiyi xəbərə görə, filmin əsas məqsədi polis əməkdaşları tərəfindən üstü açılmış cinayət işlərini səhnələşdirilərək tamaşaçılara çatdırmaqdır. "Qanun naminə" çoxseriyalı televiziya filminin ilk 8 seriyası XX əsrin 30-60-cı illərində Azərbaycanda baş vermiş cinayət işlərinə həsr olunub. "Qanun naminə" serialı ilə tamaşaçı sözügedən dövrün cinayət işi hadisələri ilə tanış olacaq.
Nəzərinizə çatdıraq ki, "Qanun naminə" çoxseriyalı televiziya filminin ssenari müəllifi İsmayıl İmanov, rejissoru Xanlar Ağayev, quruluşçu operatoru Nadir Mehdiyev, bəstəkarı Rəşad Həşimovdur. Film tam HD formatında çəkilir və stereo səs ilə həyata keçiriləcəkdir. Filmin çəkilişində sənədli xronikadan, arxiv materiallarından, tarixi sənədlərdən istifadə olunur.
Qeyd edək ki, baş rollarda Rasim Balayev, Əldülqəni Əliyev kimi aktyorların yer aldığı filmin ilk seriyalarının bu ilin sonuna qədər ekran üzü görməsi planlaşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB