Şou-biznes nümayəndələrinin də xəbəri var? SORĞU

Şou-biznes nümayəndələrinin də xəbəri var? SORĞU

Hər zaman şou-biznes nümayəndələrinə maraqlı suallarla müraciət ediririk. Bu dəfə də "Nə vaxt çörək almısınız və qiyməti neçəyədir" sualı altında sorğu keçirdik. Cavablarını SİA oxucularına təqdim edirik:

Teleaparıcı Cavid Gül: "Dünən mağazadan 40 qəpiyə zavod çörəyi almışam. Bəzən 50 qəpiyə təndir çörəyi alıram".

Teleaparıcı İlkin Həsəni: "Dünən axşam təndir çörəyi aldım. Qiyməti isə 50 qəpikdir".

Müğənni Coşqun Viləş: "Bir həftə bundan öncə marketdən 40 qəpiyə çörək almışdım".

Müğənni Tunar Rəhmanoğlu: "3 gün öncə 40 qəpiyə mağazadan zavod çörəyi almışam".

Müğənni Kərim Abbasov: "Bu gün 40 qəpiyə marketdən isti zavod çörəyi aldım".

Rejissor Nail Naiboğlu: "2 gün öncə 1 manat 30 qəpiyə pəhriz çörək almışam".

Rejissor Kənan MM: "Dünən 30 qəpiyə mağazadan çörək aldım".

Aktyor Nicat Rəhimov: "7-8 yaşımda rus pulu ilə 30 qəpiyə çörək almışam (gülür)".

Bütün xəbərlər Facebook səhifəmizdə