Günelin ailəsində xoşagəlməz hadisə yaşandı

Günelin ailəsində xoşagəlməz hadisə yaşandı

Uzun zamandır efirlərdən uzaq düşən Günel Ələkbərovanın ailəsində xoşagəlməz hadisə yaşanıb. SİA-nın verdiyi xəbərə görə, sənətçinin atası infarkt keçirib. Bu barədə SİA-ya Günelin özü məlumat verib: "Xeyli müddətdir ki, televiziyadan kənardayam. Buna səbəb atamın səhhətində yaranan problemdir. O, bu gün səhər saatlarında infarkt keçirib. Hazırda xəstəxanadayıq. Başım atama qarışıb. Özüm də çox pis haldayam. Ümid edirəm ki, atamın səhhəti yenidən yaxşılaşacaq".

Qeyd edək ki, Günel Ələkbərovanın atası ikinci dəfədir ki, infarkt keçirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə